"Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir".
VİZUAL.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında dost və qardaşlıq əlaqələri mövcuddur: "Hər iki ölkə uzun illərdir ki, mehriban qonşuluq və dostluq şəraitində yaşayır. Biz eyni adət və ənənələrə malikik. Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər".
İran parlamentinin sədri Rusiya və Türkiyə arasında yaranan gərginliyə də münasibət bildirib: "Rusiya və Türkiyə arasında olan gərginlik bizi çox narahat edir. Biz bunu qəbul etmirik. Bu terrorizmlə mübarizədə düzgün yol, seçim deyil. Biz bu hadisədən çox narahatıq”.|APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL