İran prezidenti Paşinyanla görüşdü: Nələr müzakirə olunub? - MÖVQE

İran prezidenti Paşinyanla görüşdü: Nələr müzakirə olunub? - MÖVQE

İran prezidenti İbrahim Rəisi Tacikistanın paytaxtı Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Diqqət çəkən məqam: Bu görüş Gorus-Qafan yolunda yaranan vəziyyət dövrünə təsadüf edir. 

Ermənistan da, İran da hazırda Gorus-Qafan yolunda İrandan gələn yük avtomobillərinin Azərbaycan tərəfindən yoxlanılmasından narahatdır. Hər iki ölkənin iqtisadiyyatı ziyan çəkir, belə bir məqamda Rəisi-Paşinyan görüşü başadüşüləndir.

Görüşdəki müzakirələrin detalları açıqlanmır, hərçənd ki, son proseslərdən sonra bu detallara dair bəzi qənaətlər yaranır.

Sözsüz ki, İbrahim Rəisi ilə Nikol Paşinyan Gorus-Qafan yolunda post qurulması və Azərbaycanın İrandan Ermənistana gələn avtomobilləri yoxlaması məsələsini müzakirə edib.

Yəqin ki, onlar vəziyyətdən çıxış yolu üçün səylərin birləşdirilməsinin vacibliyini də bildiriblər.

Qeyd edək ki, Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Sentyabrın 16-da başlayan sammit bu gün yekunlaşacaq.

Təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi ölkələr, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Şri-Lanka, Ermənistan isə dialoq üzrə tərəfdaş ölkələrdir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az