İran Qətərə 5 təyyarə ərzaq göndərdi

İran Qətərə 5 təyyarə ərzaq göndərdi

90 ton yük götürən bir təyyarə isə bu gün Dohaya uçacaq

Fars körfəzi ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsməsi fonunda, İran bu ölkəyə içərisində hər cür ərzaqın olduğu 5 təyyarə göndərib.

İstiPress "RİA Novosti”yə istinadən xəbər verir ki, "İran Air” aviaşirkətinin təmsilçisi bildirib ki, içərisində  hər cür ərzaq, o cümlədən meyvə və tərəvəz, hər biri 90 ton yük götürən 5 təyyarə artıq Qətərə yola düşüb. Daha bir təyyarə isə bu gün gedəcək.   

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.

Bunun ardınca Liviyanın şərgindəki hökumət, Yəmən, Maldiv adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az