İrana TƏCİLİ təklif göndərildi: 15 maddəlik planın detalları

İrana TƏCİLİ təklif göndərildi: 15 maddəlik planın detalları
ABŞ İranla müharibəyə son qoymaq üçün 15 maddəlik sülh planı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə "Kanal 12” məlumat yayıb.

Nəşr yazır ki, plan artıq Pakistan vasitəsilə İrana çatdırılıb.

Məlumaya görə, planı ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkofd və kürəkəni Cared Kuşner hazırlayıblar. "The New York Times” Preazident Donald Trampın müharibəyə görə yaranan iqtisadi çətinliklərdən çıxış yolu axtardığını yazıb.

Planda İranın ballistik raket və nüvə proqramları, eləcə də Hörmüz boğazına istinad edərək dəniz marşrutları müzakirə olunur.

Lakin hesabatda deyilir ki, Pakistan vasitəsilə təqdim edilən planın İran rəsmiləri arasında nə dərəcədə geniş şəkildə paylaşıldığı və İranın bunu danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi məlum deyil.

Həmçinin İsrailin də bu təkliflə bağlı mövqeyi bəlli deyil. "Kanal 12″nin məlumatına görə, plan İrandan nüvə proqramlarını ləğv etməsini, uran zənginləşdirməsini dayandırmasını və heç vaxt nüvə silahı hazırlamamaq barədə daimi öhdəlik götürməsini tələb edir.

Bundan əlavə, Tehrandan regiondakı proksilərin maliyyələşdirilməsini və silahlandırılmasını dayandırması və Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qalmasına zəmanət verməsi tələb olunacaq. Vaşinqtonun bunun müqabilində sanksiyaların tam aradan qaldırılmasını, İranın cənubundakı Buşehrdə mülki nüvə enerjisi layihəsinin inkişafına kömək etməyi və əvvəllər qaldırılmış BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən "snapback” mexanizmi təhdidinin aradan qaldırılmasını təklif etdiyini bildirib.

15 maddəlik sülh planını təqdim edirik:

1. İran mövcud nüvə porensialını ləğv etməlidir.

2. İran heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməlidir.

3. İran torpağında heç bir uran zənginləşdirilməsi həyata keçirilə bilməz.

4. İran yaxın gələcəkdə 450 kq 60% zənginləşdirilmiş uranın hamısını MAQATE-yə təhvil verməlidir.

5. İranın nüvə obyektləri – Nətənz, İsfahan və Fordo – ləğv edilməlidir.

6. MAQATE-yə İran daxilində tam giriş, şəffaflıq və nəzarət veriləcək.

7. İran regional proksi paradiqmasından imtina etməlidir.

8. İran regional proksilərini maliyyələşdirməyi, istiqamətləndirməyi və silahlandırmağı dayandırmalıdır.

9. Hörmüz boğazı yenidən açılmalı və sərbəst gəmiçilik yolu kimi fəaliyyət göstərməlidir.

10. İranın raket proqramı mənzil və miqdar baxımından məhdud olmalıdır, dəqiqləşdirnmələr daha sonra müəyyən ediləcək.

11. İran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edə biləcək.

12. İrana qarşı bütün sanksiyalar tamamilə ləğv ediləcək.

13. Amerika Birləşmiş Ştatları Buşer Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalı da daxil olmaqla, İrana mülki nüvə proqramının inkişafında kömək edəcək.

14. Əgər İran şərtləri pozarsa, bütün sanksiyalar yenidən tətbiq olunacaq.

15. Sanksiyaların avtomatik bərpası üçün geri çəkilmə mexanizmi ləğv ediləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az