İranda ilk - qadınlar paltara görə tutulmayacaq

İranda ilk - qadınlar paltara görə tutulmayacaq
İslami qaydalara uyğun geyinməyənlər polis məntəqəsinə aparılmayacaq

İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək. İstiPress-in NTV-yə istinadla verdiyi məlumata görə, yerli polisin yaydığı məlumatda bu barədə qeyd edilir. 
Tehranın polis rəisi general Hüseyn Rahim bildirib ki, həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq. Bunun əvəzində onlar müəyyən kurslara qataılacaqlar. lakin qaydaları müntəzəm pozanlar barədə tədbir görüləcək. 
Lakin bu qərarın nə zaman qüvvəyə minəcəyi bəlli deyil. Buna səbəb qadınların geyiminə görə cəzalandırılmamasına qarşı çıxanların sayının kifayət qədər çox olmasıdır. 
İranda qadınlara qarşı geyim qadağası 1979-cu il inqilabından sonra tətbiq olunur.Buna baxmayaraq daha liberal olmaları ilə seçilən gənc nəsil bu qaydaları zaman-zaman öz etirazları ilə nisbətən yumşalda biliblər. Onlar başlarını tam deyil, qismən qapayan örtüklər taxır, boyalardan istifadə edir, müasir geyim tərzindən faydalanırlar. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az