İrandan inanılmaz açıqlama - "5 ölkədə 200 min silahlı gənc hazırlamışıq"
İran İnqilab Mühafizəçiləri komandiri general Məhəmməd Əli Cəfəri sensasion açıqlama ilə çıxış edib.
Avropa.info xəbər verir ki, general Məhəmməd Əli Cəfəri İranla a ortaq hədəflər olan 5 ölkədə 200 minə yaxın silahlı gəncin hazır olduğunu və bölgədə yaşananların Mehdinin gəlişinə zəmin hazırladığını deyib.
Fars Xəbər Agentliyinin yaydığı məlumata görə , paytaxt Tehranda İslami Təhsil Strateji Araşdırmalar Mərkəzində təşkil edilən proqramda danışan Cəfəri, 200 min İranmeyilli silahlı gəncin hazır olduğu ölkələrin adlarını da açıqlayıb.
"İran inqilabının yüksək hədəflərinə çatmaq üçün çanımızdan keçməliyik. Bölgədə son illərdə yaşanan hadisələr, bunların hamısı Mehdinin gəlişi şərtlərini hazırlamaqdadır. Baxın bunun müsbət nəticəsi, təxminən 200 min silahlı gəncin Suriya, İraq, Əfqanıstan, Pakistan və Yəməndə hazır olmalarıdır " deyə Cəfəri qeyd edib.
Miq.az