İrəvanda meriya ilə üzbəüz binanın üzərində SSRİ bayrağı qaldırıldı – FOTO

İrəvanda meriya ilə üzbəüz binanın üzərində SSRİ bayrağı qaldırıldı – FOTO

Ermənistan paytaxtında "Moskva Evi” adlı mərkəzin damında Sovet İttifaqının oraq-çəkicli qırmızı bayrağı dalğalanır.

Bu haqda gecə saatlarında "Hraparak” nəşri məlumat yayıb.

"İrəvan meriyasının damında Ermənistan Respublikasının dövlət bayrağı, qarşı tərəfdəki üzbəüz binanın damında isə keçmiş Sovet İttifaqının bayrağı dalğalanır.

Moskva Evinin direktoru Vaqram Karapetyan, əslində, o qədər irəli gedib ki, 30 il bundan əvvəl Sovet İttifaqından müstəqil olan Ermənistan yenidən Sovet İttifaqının tərkibində təsəvvür edib. Bu, Vaqram Karapetyan və ona bənzər rusiyayönümlü dairələrin əsas məqsədinin yenidən öz müstəqilliklərindən məhrum edilmiş respublikaların bu dönəmdə barəsində şayiələrin gücləndiyi ittifaq dövlətində yaşaması olduğuna açıq siqnaldır. Bu gün Sovet İttifaqının dağılma]ından əziyyət çəkənlər Ermənistanı yenidən Rusiyanın başçılıq etdiyi ittifaq dövlətinin tərkibində görmək istəyirlər. Təəssüf ki, ölkəmizdə azad və müstəqil Ermənistan tərəfdarları getdikcə azalır. Bəziləri artıq Ermənistan və Artsaxı Türkiyə və ya Azərbaycanın bir hissəsi kimi, digərləri isə Rusiya və ya yeni Sovet İttifaqı kimi təsəvvür edirlər. Ermənistanın faktiki olaraq müstəqilliyini itirməsinə dəlalət edən bütün bu fikirlər isə ölkəmizdə dözümlə qarşılanır”- deyə erməni qəzeti yazır./alp.az/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az