Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki aksiyanı dağıdıb.
Vətəninfo.az xəbər verir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib. Qarşıdurma nəticəsində saxlanılanların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir. Xatırladaq ki, ötən axşam İrəvanın mərkəzində "Talana yox!” vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.
* * *
İrəvanın mərkəzindən, Azadlıq meydanından elektrik enerjisinin bahalaşmasına etiraz olaraq "Talana yox!” vətəndaş təşəbbüsünün yürüşü başlayıb.
APA-nın "Novosti-Armeniya” saytına istinadən verdiyi məlumata əsasən, yürüşdə yüzlərlə insan iştirak edir.
Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, "Talana yox!” vətəndaş təşəbbüsünə "Ayağa qalx, Ermənistan” və "Təsis parlamenti" təşkilatı da qoşulub.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”