İŞİD İraqı qan gölünə çevirdi: 52 ölü, 50 girov
İraqın paytaxtı Bağdadda ağır terror aktı törədilib.
Bağdadın yüksək təhlükəsizlik bölgəsi sayılan "Yaşıl ərazi”nin 1 kilometrliyində yerləşən ticarət mərkəzində bomba yüklənilmiş avtomobilin partladılması nəticəsində ən azı19 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb. Partlayışdan sonra ən azı 50 nəfər girov götürülüb. Ölənlər arasında 3 polis əməkdaşı da var.
Eyni saatda Bağdadın 80 kilometrliyində yerləşən Diyala vilayetinin Mikdadiye bölgəsində törədilən terror hücumu zamanı isə 26 nəfər ölüb, 35 nəfər yaralanıb. Hücumun ardından şiə silahlıları Mikdadiyedə yerləşən 3 sünni məscidinə hücum ediblər.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, eyni gündə paytaxt Bağdadın şərqində yerləşən Nehrevanda da bombalı terror aktı törədilib. Bu terror aktı nəticəsində isə 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
İŞİD terror təşkilatı hər üç terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.
Miq.az