İŞİD silahlıları Sinayda 100 yaşlı sufi şeyxini edam ediblər

İŞİD silahlıları Sinayda 100 yaşlı sufi şeyxini edam ediblər

Misirin Sinay yarımadasında fəaliyyət göstərən "Vilayəti Sina” qruplaşmasının üzvləri tanınmış  sufi şeyxi Süleyman Əbu Hərrazı edam ediblər.  APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, terrorçular yaşı 100-dən çox olan şeyxi Əl-Əriş şəhərindəki evinin qarşısına çıxarıblar və dizi üstə çökdürərək başını kəsiblər.   
 
"Əl-Ərəbiyyə” telekanalı edam səhnəsinin əks olunduğu bəzi şəkilləri yayımlayıb.
 
Bölgədə sufizm təriqətinin rəmzi hesab edilən  Süleyman Əbu Hərraz Sinay yarımadasında böyük nüfuza malik dini rəhbər olub.
 
Qeyd edək ki,  Şimali Sinay bölgəsində baş verən terror aktlarının əksəriyyətini "Vilayəti Sina” qruplaşması törədib. "Vilayəti Sina”  üzvləri 2014-cü ildə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqət andı içərək, qruplaşmanı İŞİD-in Misirdəki qolu elan ediblər.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az