İvankanı 10 min polis qoruyacaq

İvankanı 10 min polis qoruyacaq
Hindistan keçiriləcək Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidentinin qızı İvanka Tramp da iştirak edəcək.

Publika.az xəbər verir ki, sammit ölkənin Heydərabad şəhərində keçiriləcək. Prezidentin qızının təhlükəsizliyini təmin etmək üçün 10 min polis xüsusi rejimdə çalışacaq.
"Daily Mail" nəşrinin yazdığı məlumata görə, polislər artıq mərkəzi küçələrdə olan evsizləri ərazidən uzaqlaşdırmağa başlayıblar. İlkin məlumatlara görə, nə az nə çox, düz 6 mindən çox evsiz adam reabilitasiya mərkəzlərinə yerləşdirilib.
Xatırladaq ki, Qlobal Sahibkarlıq Sammitində 150 ölkəni təmsil edəcək 1200-dən çox sahibkar iştirak edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az