Kadırova xəyanət edən mühafizəçisi öldürüldü

Kadırova xəyanət edən mühafizəçisi öldürüldü

Rusiya Kütləvi İnformasiya Vasitələri Çeçenistan lideri Ramzan Kadırovun şəxsi mühafizəçisinin ölüm səbəbi barədə informasiya əldə edib. İddiaya görə, Əlixan Muzayev kəndlilərlə birgə hakimiyyətə qarşı silahlı təxribat törətməyi planlaşdırdığı üçün öldürülüb.

Bu barədə  rəsmi mənbələrə istinadən məlumat yayılıb.

Onun yerli qüvvələr tərəfindən 15 yanvarda yaxalandığı və daha sonra meyitinin yaxınlarına təhvil verildiyi bildirilib. Hüquq mühafizə orqanları onun ailəsinə bildirib ki, əməliyyat zamanı Muzayev polislərdən birinin silahını götürərək özünə atəş açıb.

Muzayevin ailəsi isə bu versiyanı rədd edib.

Kurçaloya sakinlərinin meyiti gizli şəkildə dəfn etdiyi vurğulanıb.

Tvitterdə isə onun fotoları peyda olub. Qeyd edək ki, Əlixan Muzayevin ölümü ilə bağlı rəsmi açıqlama yoxdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az