Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov keçmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verib.
VİZUAL.az xəbər verir ki, nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamov isə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə keçirilib.
Xatırladaq ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsindən azad edildikdən sonra, o bu ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilmişdi. Onun indi təyin olunduğu vəzifə FHN sistemində ən nüfuzlu vəzifələrdən biri hesab olunur.
Şahmar Paşayev DİN-də məşhur simalardan biri olub. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.|Aznews.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL