Köçəryan ELAN etdi: RAZILIQ verdik, demarkasiya başlayır

Köçəryan ELAN etdi: RAZILIQ verdik, demarkasiya başlayır

Demarkasiya prosesinə hazırlıq sıfır nöqtəsindən başlayacaq.

Miq.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan prosesin başlanmasına razılıq verib.

Köçəryan Moskvadan daxil olan təklifin detallarını da açıqlamayıb.

Hakim Mülki Müqavilə fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, Ermənistan prosesi müvafiq komissiya formasında və birbaşa (vasitəçisiz) başlamağa hazırdır:

"Amma yalnız müəyyən texniki məsələlərdə müqavilə imzalandıqdan sonra. Ermənistan artıq Rusiyanın təklifini qəbul etməsi barədə cavabını yazılı şəkildə Moskvaya göndərib. Söhbət hazırlıq işinin başlamasından gedir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az