Kişi 9 yaşlı arvadını öldürdü

Kişi 9 yaşlı arvadını öldürdü
Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı "arvadı"nı öldürüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb öldürüb. Belə ki o mübahhisə zamanı özünə "arvad" etdiyi uşağı  boğub.
Hadisəni törədən kişi evdən qaçıb. Axtarışları davam etdirilir.

9 yaşlı Samianın atası qızını erkən nikaha məcbur etməkdə günahlandırılır. Həmçinin uşağın atası cinayətə görə həbs olunub. 

Bildirilib ki, Samia cinayəti törətmiş Sharafuddinin ikinci arvadıdır. 9 yaşlı Samia ailələr arasında olan ədavətə son qoymaq məqsədilə ona zorla ərə verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az