Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində banklardan kredit götürmək məqsədi ilə saxta sənəd və arayışlar hazırlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə Laçın rayon sakini Ədalət Kalbalıyevin vətəndaşa banklardan birinə təqdim etmək üçün "Uni-İnfo Holding” MMC-də menecer vəzifəsində işləməsi və aylıq 550 manat əməkhaqqı alması barədə saxta arayış tərtib edərək 200 manata satmaq istəməsi barədə məlumat daxil olub.
Ə.Kalbalıyev saxta arayışı qeyd edilən məbləğə satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, Ə.Kalbalıyev paytaxtdakı poliqrafiya mərkəzlərindən birində sözügedən firmanın rekvizitləri olan boş blankda vətəndaşın həmin şirkətdə işləməsi barədə saxta arayış hazırlayıb. Daha sonra isə o, saxta arayışı firmanın direktoru kimi imzalayaraq saxta möhürlə təsdiqləyib.
Baxış zamanı Ə.Kalbalıyevin idarə etdiyi avtomobildən və poliqrafiya mərkəzindən müxtəlif banklara təqdim etmək üçün tərtib edilən saxta arayışlar, möhürlər, adıçəkilən firmanın rekvizitləri olan boş blanklar və onların hazırlanmasında istifadə edilən kompüter avadanlıqları aşkar edilərək götürülüb.
Faktla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ