Küçədə kişinin başını kəsdilər – Bakıda

Küçədə kişinin başını kəsdilər – Bakıda

Bakıda qətl törədilib.

VİZUAL.az xəbər verir ki,Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.30 radələrində Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişi küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, həmçinin qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə şahidləri bildirib ki, qətlə yetirilən şəxsin başı kəsilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az