Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıbıar

Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıbıar
Bu gün ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib.

Tərəflər Suriyada vəziyyəti müzakirə edərək qənaətə gəliblər ki, ölkədə tətbiq edilən atəşkəs rejiminə ümumilikdə əməl olunur.

"Hökumət qoşunları və müxalifət tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınsa da, ümumilikdə atəşkəsə riayət olunur”, deyə M.Toner qeyd edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az