Lənkəranskinin "sağ əli" həbsdən buraxıldı - Foto
Rövşən öldürülən gün də onun yanında olmuşdu
İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib. İstiPress.com Rosbalt-a istinadən xəbər verir ki, bu barədə agentliyə hüquq mühafizə orqanları məlumat verib.
Məlumata görə, Hacı Beyləqanski Qoca Bakinski ləqəbli Əlibala Həmidovun qətlində ittiham olunurdu: "Hacı Beyləqanski Rövşən Lənkəranskinin sağ əli sayılırdı. Rövşən öldürülən gün də onun yanında olmuşdu. Mərhumun cənazəsini Azərbaycana da o müşayiət etməliydi. Amma İstanbul polisi onu aeroportdaca həbs etmişdi" - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlı sərbəst buraxılandan sonra qanuni oğru Kor Hüseyn ləqəbli Hüseyn Əhmədovun dəstəsinə qoşulub.
Miq.az