Dünən Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verdi.
VİZUAL.az xəbər verir ki, hadisənin baş verəmə səbəbləri ilə əlaqədar dəqiq məlumat verilmir. Bu səbəbdən bir çox versiyalar irəli sürülür.
İddia olunur ki, "Delta Telekom”un bazasında yaranmış nasazlıq Rabitə Nazirliyində yeni həbs dalğası ilə bağlıdır. Bu gün səhər "Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılması da bu iddiaları gücləndirir. Saxlanılanlar arasında Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var.
Qeyd edək ki, "Delta Telekom”da təcrübə keçmiş Cahid İsmayılov təxribat ehtimalının çox olduğunu deyib:
"Hazırda ölkənin baş provayderi "Delta Telekom”dur və uzun bir müddətdir ki, fəaliyyət göstərir. Bu müddət ərzində belə bir fakt qeydə alınmamışdı. Xatırladım ki, həm ölkəmizdə enerjinin verilməsində məhdudiyyətin yarandığı bir zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi. Artıq xeyli vaxtıdır ki, Azərbaycanda internet yoxdur. Biz bu halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunu təxribatın olması ehtimalı üzərində daha çox dayanırıq. Orada sadə bir sistem quraşdırılmayıb, mürrəkəb bir sistemdir. Səbəb internet kəsildiyi zaman alternativ xidmətlərdən istifadə olunsun. Elektrik erejisinin verilişi dayandığı zaman serverlər generatorlar vasitəsilə elektirk enerjisilə təmin olunur. Nəticədə isə internetin təminatında məhdudiyyət yaranmır. Texniki təchizata nəzər yetirsək internetin uzun bir müddətə kəsilməsini məhz texniki məsələlərlə bağlamaq inadırıcı deyil. Kiçik bir araşdırma sonucunda aydın olur ki, bu daha çox təxribata bənzəyir”.
Onu da bildirək ki, bəzi mənbələr ölkə ərazisində bir neçə gün, hətta 1 həftə internet verilişinin çox zəif olacağını deyir.