Ölkə şokda: çevrilişə cəhd - Deputatlar, məmurlar həbs edildi

Ölkə şokda: çevrilişə cəhd - Deputatlar, məmurlar həbs edildi

"Bir qruplaşmanın ölkədə sabitliyi pozmaq üçün təxribat təşkil etməyi planlaşdırdığına və seçkilərdən dərhal sonra hakimiyyəti ələ keçirməyə cəhd edəcəyinə dair məlumat və sübutlar əldə olunub”.

Miq.Az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilib.

Bəyanatda seçkilərdən sonra nümayişlər təşkil etməyi qarşısına məqsəd qoyan qrupun aqressiv meyilli gəncləri hakimiyyəti ələ keçirməyə yönəltmək məqsədilə sistemli şəkildə görüşlər keçirdiyinin müəyyən olunduğu bildirilib.

Əlavə olunur ki, qrupun 15-dən çox fəal üzvü, o cümlədən keçmiş deputatlar və dövlət qulluqçuları həbs edilib və məhkəmə qarşısına çıxarılıb.

Açıqlamada qeyd edilib ki, sözügedən qrup üzvlərinin kirayə götürdükləri ev və ofislərdə aparılan axtarışlar zamanı silah, sursat və narkotik maddələr də ələ keçirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az