"Lotu Quli" Novruzda azad ediləcək?

"Qanuni oğru", hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifovun üçdə birlə azadlığa çıxması məsələsi yenidən gündəmə gəlib. Məlumatlara görə, 21 ildir ki, həbsdə yatan "Lotu Quli"nin azadlığa çıxarılması üçün onun ailə üzvləri və yaxınlarına əfv ərizəsi yazması təklif olunub.

Miq.az virtualaz.org-a istinadən bildirir ki, məsələ ilə bağlı Nadir Səlifovun vəkili Təranə Əliyeva deyib ki, "Lotu Quli"nin azadlığa çıxması üçün bütün instansiyalara müraciət olunub: "Bu adam artıq 21 ildir ki, həbsdə yatır. Biz də istəyirik ki, nəhayət, azadlığa çıxsın. Bildiyim qədər onun azadlığa buraxılması üçün əfv ərizəsi yazılmayıb. Amma bütün yerlərə müraciət etmişik. Hələlik gözləyirik. Əslində, Nadir Səlifovun anası tərəfindən bir il əvvəl əfv ərizəsi yazılmışdı, amma heç bir nəticəsi olmayıb. Amma təzəlikcə yazılmayıb. Müvəkkilimin ailə üzvlərinin yenidən əfv ərizəsi yazmaları onların hüququdur. Bu ərizə yenidən yazıla bilər".

Vəkil əlavə edib ki, Nadir Səlifov əslən Gürcüstanlıdır və onun öz ölkəsinə ekstradisiyası əfv ərizəsinin yazılması ilə bağlı deyil. Bunlar başqa-başqa məsələlərdir: "Artıq Nadirin övladları böyüyüb. Həm həyat yoldaşı, həm də övladları onun azadlığa çıxmasını istəyir və bunun üçün müracitlər ediblər. Bizim də ümidimiz var ki, o, azadlığa çıxacaq".

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az