“Lotu Quli”nin vəkili qaçan məhkumlardan DANIŞDI

“Lotu Quli”nin vəkili qaçan məhkumlardan DANIŞDI
Bakı-Astara-Bakı qatarı ilə paytaxta gətirilərkən qaçan məhkumlar "Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin Nadir Səlifovun adamları olması ilə bağlı yerli mətbuatda müxtəlif məlumatlar yayılıb.

"Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva AzVision.az-a bildirib ki, məlumatlar həqiqəti əks etdirmir.

"Harada nə olursa, o saat Nadir Səlifovun adını yazırlar. Kimin haradansa qaçmasının Nadir Səlifova nə aidiyyəti ola bilər? Bu barədə məlumatlar yalandır” - deyə T.Əliyeva vurğulayıb.

Qeyd edək ki, iki gün öncə Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az