Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub.
ANS PRESS-in Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Qəhrəmanov Vasif İmran oğlunun sözlərinə görə, mikroavtobusda 16 sərnişin olub. Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparılıblar. Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya gətirilib.
Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib.
Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilir.
Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini deyib.
Hazırda ölən və digər yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”