Masallıdakı dəhşətli qətlin təfərrüatları məlum oldu
Masallı rayonunun Miyenkü kəndində baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, kənd sakini, 1989-cu il təvəllüdlü Ağayev Azər və onun həyat yoldaşı Asudə Ağayeva ailə-məişət münaqişəsi zəminində 1962-ci il təvəllüdlü Ağayev Etibar və Ağayeva Rəfiqəni balta ilə öldürərək həyətlərindəki tövlədə basdırıblar və üzərini betonla örtüblər.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, ər-arvad iyunun 5-də yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Miq.Az