Mayk Taysonun döyüşündə dünyanı şoka salan görüntü (VİDEO)
Məşhur boksçu Mayk Taysonun 1995-ci ildə Nevadada baş tutan boks qarşılaşmasına aid şok görüntü yayılıb.
BAKU.WS-in məlumatına görə, fotonun sosial şəbəkələrdə yayılmasından sonra böyük səs-küy yaranıb. Görüntüdə ön sıralarda əyləşən bir tamaşaçının qarşılaşmanı smartfona bənzər bir cihazla çəkdiyi görünür.
Bəzi iddialara görə, şəkildəki adam gələcəkdən gəlib. və ya yadplanetlidir. Qarşılaşmanın videosu ilk olaraq 2015-ci ilin sentyabrdan video portala yüklənib. Bu isə müzakirələrin başlanmasına səbəb olub.
Miq.az