Hazırda həbsdə olan "Aztelekom" MMC-nin baş direktoru, hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov partiyadakı vəzifəsindən azad olunub.
YAP mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Məmmədov öz ərizəsi ilə Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri azad edilib.
YAP-dan bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətlimkan tədbiri seçilib: "Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL