Müstəqil və suveren ölkə olan Yunanıstanın Rusiya ilə əlaqələrini inkişaf etdirmək və hər cür razılaşmanı imzalamaq hüququ var.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İtaliya mətbuatına açıqlamasında Yunanıstanın Xarici İşlər naziri Nikos Kotzias deyib. O, Qərbin Rusiya məsələsində onlara qarşı ikili standartdan çıxış etdiyini bildirib:
“İtaliyalı həmkarım Paolo Gentiloni Rusiya Prezidenti Vladimir Putinlə görüşəndə heç kim səsini çıxarmır. Almaniya Baş naziri Angela Merkel də Putinlə görüşəndə mələk münasibəti görür. Hətta Almaniya Rusiya ilə “Şimal axını” sazişini imzalayanda heç kim bir söz demədi. Amma mən Moskvaya gedib bir müqavilə imzalayanda şeytan münasibəti görürəm”.
Nikos Kotzias Yunanıstanın Rusiya ilə əlaqələrinin Vaşinqtonla əməkdaşlığa kölgə salmayacağını bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL