36 yaşlı "qanuni oğru", kriminal dairələrdə "Hacı Beyləqanski" ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gedib.
Miq.az xəbər verir ki, o, məşhur "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Salifova qarşı bütün gücləri səfərbər etməyə çalışır.
Agentlik öz mənbələrinə istinadən bildirir ki, "Hacı Beyləqanski" Moskvanın iri ranqlı biznesmenləri ilə görüşür, həmyerlilərini "Lotu Quli" ilə qarşıdurmada öz tərəfinə çəkir.
"Hacı Beyləqanski" "qanuni oğru" titulunu mərhum kriminal avtoritet, "Lənkəranski" ləqəbli Rövşən Canıyev vasitəsi ilə alıb. Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnərək qətlə yetirilib.
Canıyevin ölümündən sonra Kaluqa şossesində yerləşən Moskvanın ən böyük topdan və pərakəndə ərzaq satışı mərkəzi "Food Sity"də ona aid olan obyektlər, onun əmisi oğlu Zaur Əhmədova keçib. Zaur Əhmədov da öz növbəsində Rövşənin ölümündə "Lotu Quli"ni günahlandıraraq, ondanqisasını almağa and içib.
"Qisas üçün Zaur Əhmədov öz çoxmilyonluq varidatını qurban etməyə hazırdır və hazırda "Hacı Beyləqanski"yə aktiv kömək göstərir", - deyə "Praym Kraym"a danışan mənbə bildirir.
Bununla yanaşı Moskvada "Hacı" 2 zirehli avtomobil ilə təmin olunub və onun təhlükəsizliyini nüfuzlu "FQUP" mühafizə şirkətinin köhnə "OMON"çulardan təşkil olunan əməkdaşları qoruyur. (yenicag.az)
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?