Moskvada "Oktyabrskoye pole” metrostansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı ilə ətrafdakıları terrorçu olması ilə hədələyən Özbəkistan vətəndaşı Gülçöhrə Baboqulova əslən azərbaycanlı imiş.
İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun əlində tutduğu, bir ay öncə başı kəsilərək, yaşadığı evində yandırılan 4 yaşlı Nastyaya aid olduğu bildirilib. Nastyanın dayəsi olan Gülçöhrə bir il ərzində ailənin etibarını qazanıb və yaxşı dayə kimi özünü tanıdıb. Lakin o,qəfil qatilə çevrilməsinin səbəbini çox qəribə şəkildə izah edib. Belə ki, qadın ərinin ona xəyanət etdiyi üçün bu addımı atdığını bildirb.
Lakin qadının vəhhabi olması və sifarişli olaraq bu addımı atması ehtimalı da var. Eyni zamanda Gülçöhrə Baboqulovanın ərinin ona Nastyanın anası ilə xəyanət etməsi də ehtimallar arasında var.
Bu gün isə Rusiya mətbuatı Gülçöhrənin Azərbaycan mənşəli olduğunu və Səmərqəndə ərə getdiyini iddia edib.