Murad Dadaşovun mağazasında ölüm

Murad Dadaşovun mağazasında ölüm

Xalq artisti Murad Dadaşovun sahibi olduğu "Côte d`Azur” şirniyyat mağazasıda ölüm hadisəsinin olması barədə məlumat yayılıb. Axşam.az saytının xəbərinə görə, müştərilərdən biri mağazada ürəktutmadan dünyasını dəyişib. 

Dadaşovun mətbuat xidməti məlumatı "Qafqazinfo”ya təsdiqləyib. Amma qeyd olunub ki, sözügedən xanım şirniyyat evinin müştərisi olmayıb:

"Dünyasını dəyişən şəxs nə mağazanın işçisi, nə də müştərisidir. Sadəcə həmin xanım məhz şirniyyat evinin qarşısından keçərkən halı pisləşib. Həmin vaxt məkanda olan işçi, müştərilər bayıra çıxaraq qadına yardım ediblər və onu içəri keçiriblər. Çox güman ki, infarkt keçirib. Təcili yardım çağırılıb, lakin həkimlər gələnədək xanım ölüb”. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az