Nardaranda gecə sakit keçib

Nardaranda gecə sakit keçib

Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir.

Kənd sakini Hidayət Nəbiyev Azadlıq Radiosuna belə deyib. Onun sözlərinə görə, kəndə gələn yollarda polis postları yaradılıb, Nardaran nəzarət altındadır.

Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: «Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da.

O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: «Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik».

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az