NATO-nun bu addımı Rusiyanı TƏŞVİŞƏ SALDI: Nüvə silahı işə düşür?

NATO-nun bu addımı Rusiyanı TƏŞVİŞƏ SALDI: Nüvə silahı işə düşür?

Gələcəkdə NATO-nun nüvə silahının istənilən istifadəsinə haqq qazandıracağını gözləmək olar, bunun üçün bütün əsaslar var.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə İcmal Konfransında Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Andrey Belousov deyib.

O xatırladıb ki, alyansın Madrid sammitinin yekun bəyannaməsində NATO-ya nüvə hərbi-siyasi bloku statusu verilib. Diplomat vurğulayıb ki, bu vəziyyət "blokun qeyri-nüvə üzvlərinin statusuna fərqli baxış" yaradır. O, ilk növbədə, Amerikanın nüvə silahının ərazisində yerləşdiyi ölkələrə diqqət yetirməyə çağırıb.

Bundan əlavə, Belousov NATO-nun alyansın qeyri-nüvə üzvlərinin də iştirak etdiyi "birgə nüvə missiyalarına" işarə edib:

"Bütün bu faktlar ümumiləşdirilərsə, o zaman belə bir nəticəyə gəlmək olar ki, gələcəkdə NATO-ya üzv dövlətlərdən nüvə silahından istənilən istifadəyə haqq qazandıracağını gözləmək olar".

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski bildirib ki, ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır, çünki bu amil nüvə münaqişəsi riskini artırır. Oxşar çağırışı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da edib. O, xüsusilə qeyd edib ki, Qərb dövlətləri keçmiş SSRİ dövlətlərinin ərazisində hərbi obyektlərin yaradılmasından imtina etməlidirlər.

Qeyd etmək lazımdır ki, Rusiyanın özü də Qərbi Ukraynadakı müharibədə nüvə silahından istifadə edəcəyi işə hədələmişdi. Moskvanın nüvə silahından istifadə edəcəyi halda Qərb Kremli xəbərdar edib və bu siyasəti bəşəriyyətin fəlakəti adlandırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az