1990-cı ildən Qazaxıstana rəhbərlik edən, 2015-ci ildə beşinci dəfə bu ölkənin prezidenti postuna seçilən Nursultan Nazarbayev vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bu barədə RİA informasiya yayıb.
"Prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı qəbul etdim. Təhlükəsizlik Şurasının sədri olaraq çalışmağa davam edəcəyəm. Mən "Nur Otan” Partiyasının sədri və Konstitusiya Şurasının sədriyəm. Sizinlə olacam” - Nazarbayev yerli telekanallar vasitəsilə yayımlanan xalqa müraciətində deyib.
Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Qazaxıstan Senatının spikeri Qasım-Jomart Tokayev icra edəcək.