Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinə yeni rəis təyin edilib.
Nazirlikdən VİZUAL.az-a verilən məlumata görə, mədəniyyət və turizm nazirinin və Sumqayıt şəhər icra hakimiyyəti başçısının birgə razılığı əsasında Şükürov Mehman Şakir oğlu Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olub.
M.Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin müdirləri nazirliklə yerli icra hakimiyyətinin ümumi razılığı əsasında təyin edilir.
Xatırladaq ki, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin keçmiş rəisi Namiq Qaffarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL