Bakıda "Transgate" MMC-yə məxsus bütün marşrut avtobusları xətdən kənarlaşdırılıb. Şirkətə məxsus marşrut xətləri isə başqa daşıyıcılara verilib.
Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb: "Bu yaxınlarda "Transgate"ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir".
Qeyd edək ki, "Transgate" MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.
Xatırladaq ki, "Transgate" MMC nəqliyyat naziri Ziya Məmmədovun ailəsinin himayəsində olan şirkətlərdən biridir.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”