Nişanlı cütlüyün maşında meyitləri tapıldı - BAKIDA FACİƏVİ OLAY

Nişanlı cütlüyün maşında meyitləri tapıldı - BAKIDA FACİƏVİ OLAY

Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyiti tapılıb.

Miq.az "Qafqazinfo”ya istinadən bildirir ki, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.
İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər.
Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, tapılan meyitlərin kimliyi hələ ki, müəyyən edilməyib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az