Nüvə müharibəsi təhlükəsi ciddiləşir – İki ölkə Çinə qarşı birləşdi və…
Yaponiya Çinə qarşı Hindistana nüvə və hərbi texnika satmağa qərar verib.
Avropa.info xəbər verir ki, Yaponiya və Hindistan arasında dünən imzalanan müqaviləyə görə, Tokio dinc məqsədlərlə nüvə enerji istehsalını artırtmaq istəyən Dehliyə yanacaq, avadanlıq və texnologiya verəcək.
Dünyada nüvə təcavüzə məruz qalmış yeganə ölkə olan YaponiyaNüvə Silahların Yayılmaması Müqaviləsini (NPT) imzalamayan dövlətdir.
Müqaviləyə əsasən Yaponiyanın verəcəyi nüvə yanacağı və avadanlıq yalnız sülhsevər məqsədlər üçün istifadə ediləcək. Lakin, Hindistan nüvə sınaq apararsa, Yaponiyaya müqaviləyə xitam verəcək.
Siyasi şərhçilərin fikirincə isə bu müqavilə Hindistanın problemləri olduğu Çin və Pakistana qarşıdır.
Qeyd edək ki, Hindistan nüvə enerjisi tutumunu 2032 ilə qədər ən az 10 qatına çıxarmağı planlaşdırır.
Bu məqsədlə "Toşiba Corp”un sahib olduğu "Vestinghouse Electric” ilə cənubda altı nüvə stansiyası qurulması üçün müzakirələri davam etdirir.
Hindistan Yaponiya ilə imzaladığı müqavilənin oxşarını 2008-ci ildə ABŞ ilə imzalamış, beləliklə də ABŞ bu ölkəyə nüvə texnologiya vermişdi. Bu addım Hindistanı bölgədə Çinə qarşı güc halına gətirmə siyasətinin ilk addımı olmuşdu.
Miq.az