Pakistan və Hindistan hərbçiləri arasında döyüş -Ölənlər var
Kəşmirdə Hindistan və Pakistan sərhədçiləri arasında atışma nəticəsində yeddi pakistanlı hərbi qulluqçu ölüb.
"Rosbalt” xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Pakistan ordusu Hindistanın həmləsinə cavab olaraq atəş açıb.
Xatırladaq ki, iki ölkə arasında atəşkəs ötən həftə pozulub. Həmin insident zamanı hindistanlı hərbçilərin açdığı atəş 25 əsgərin ölümünə, daha 103-nün isə yaralanmasına səbəb olub.
Miq.az