Pakistanda 200-dən çox polis kursantı girov götürülüb

Pakistanda 200-dən çox polis kursantı girov götürülüb

Pakistanda 200-dən çox polis kursantı silahlı şəxslər tərəfindən girov götürülüb. Bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Kvett şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxs polis kollecinə basqın edib.

"Dawn" qəzeti isə hadisə zamanı 7 polis əməkdaşının yaralandığını xəbər verib. 

Silahlı şəxslərin hansı qruplaşmanın üzvləri olduğu hələlik məlum deyil.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az