Azərbaycan Cümhuriyyətinin 101-ci ilinə ən böyük töfhələrdən sayılan "Məmməd Əmin Rəsulzadə” gəmisinin dünya sularına çıxmasına az qalıb.Azərbaycan Cümhuriyyətinin 101-ci ilinə ən böyük töfhələrdən sayılan "Məmməd Əmin Rəsulzadə” gəmisinin dünya sularına çıxmasına az qalıb.
"Palmali” Şirkətlər Qrupundan verilən xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin adını daşıyan gəminin ekipajı da hazırdır və son texniki işləri görülməkdədir.
Qeyd edək ki, bu barədə xəbəri Rəsulzadənin doğum günündə şirkətin prezidenti, tanınmış xeyriyyəçi Mübariz Mənsimov açıqlamışdı.
"Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məhəmməd Əmin Rəsulzadəni unutmadıq. Yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. "Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq” deyə, öz sosial media hesabından xəbər verə azərbaycanlı iş adamı " Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun” sözləri ilə fikrini bitirmişdi. (Yenicag.az)



Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO