“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQ

“Paşinyanın ağlı olsa..” - Eks-müdafiə nazirindən XƏBƏRDARLIQ
"Nikol Paşinyan özü üçün rahat müxalifət fraksiyası olması üçün bu və ya digər müxalifət partiyasına dəstək vermək istəyirdi”.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Respublika Partiyasının Şurasında vitse-sədr postuna seçilən eks-müdafiə naziri Vigen Sarkisyan açıqlama verib.
 
"Parlamentdə bizim 2 ya da 1 müsbət üstünlüyümüz olacaq. Əgər Paşinyanın ağlı olsa, dediyi kimi təmiz Ermənistan yaratmaq istəyirsə, onda Respublika Partiyasına səs verəcək. O, "respublikaçılar"a gələcək parlamentdə disskusiya ortağı kimi baxmalıdır. Əgər o bunu etməsə, onda "cib müxalifəti” ilə üz-üzə gələcək”.
 
Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da baş tutacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az