Paşinyanın gizli səs yazısı yayıldı – VİDEO

Paşinyanın gizli səs yazısı yayıldı – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadakı erməni vəkilləri ilə görüşündə qeydə alınmış gizli səs yazısı yayılıb. 

Miq.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan səs yazısında Qarabağdakı status-kvonun Rusiyaya faydası olduğu müddətdə saxlanıldığını, Ermənistanın bunun əvəzini qarşılaya bilmədiyi vaxtda isə vəziyyətin dəyişdiyini vurğulayıb: "Vəziyyət dəyişəndə ​​və bir şey ödəməli olduğumuz vaxt gələndə məlum oldu ki, ya iflas edə bilərik, ya da ödəmək istəmirik, ya da ödəməli bir şeyimiz yoxdur. Dövlət başçısından belə bir şey eşitmək uyğun olmaya bilər, amma düşünürəm ki, bunları bir-birimizə söyləmək iqtidarındayıq”.

Paşinyan bəhs edilən səs yazısında Naxçıvanı Azərbaycana birləşdirən dəhlizin açılmasının vacibliyini də vurğuayıb: "Əminəm ki, nəqliyyat əlaqələrinin açılması və Naxçıvanı Azərbaycana birləşdirən dəhlizin açılması bizim ən böyük uğurumuz olar. Rusiya və İranla Ermənistanın dəmir yolu xəttinin olduğunu düşünün, bu bizim iqtisadiyyatımıza böyük qatqılar verəcək”.(yeniavaz.com)
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az