Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə parlamentinin spikeri postunu hökumətdəki 1-ci müavini Ararat Mirzoyana həvalə etmək istəyir.

Miq.az modern.az-a istinadən xəbər verir ki, o, baş nazirin 1-ci müavini postuna Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı gətirmək niyyətindədir.

"Artur Vanetsyanın "Mənim addımım" bloku ilə münasibətləri kifayət qədər istidir. Buna görə o, baş nazirin 1-ci müavini postuna təyinat alacaq. Vanetsyan baş nazirin 1-ci müavini seçiləndən sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru postuna Respublika Partiyası ilə bütün körpüləri yandıran Feliks Tsolakyan gətiriləcək".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az