Pekin: “Dünya Amerikaya qarşı birləşməlidir”

Pekin: “Dünya Amerikaya qarşı birləşməlidir”

ÇXR-in xarici işlər naziri Birləşmiş Ştatların hərtərəfli təzyiqinə davam gətirməkdən ötrü dünya ictimaiyyətini birləşməyə çağırıb.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, Çinin Xarici işlər naziri Van İ dünya ictimaiyyətini Birləşmiş Ştatların təzyiqinin, onun başqa dövlətlərin daxili işlərinə qarışmasının qarşısını almaqdan ötrü səyləri birləşdirməyə çağırıb.

Diplomatın sözlərinə görə, əgər indi bunu etməsək, dünya cəngəllik qanunlarına qayıdacaq:

"Biz Amerikanın yenidən belə addımlar atmasına yol verə bilmərik. Bundan ötrü dünyanın bütün ölkələri birləşməlidir”.

Nazir qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Ağ Ev adminstrasiyasının başqa dövlətlərin suverenliyinə saymaz münasibətinin nümayişidir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az