Pentaqona ilk dəfə qadın rəhbərlik edə bilər

Pentaqona ilk dəfə qadın rəhbərlik edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin müdafiə naziri vəzifəsinə senator Kelli Ayottu nəzərdən keçirir.
Trend-in "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, pentaqonun rəhbəri Kelli Ayott təyin edilərsə, o bu vəzifəni alan ilk qadın olacaq.

"Trampın komandası müdafiə naziri postuna potensial namizədlərin siyahısına senator Kelli Ayottu əlavə edib”, – Washington Post yazır.
Qeyd edək ki, Tramp noyabrın 8-də ABŞ-ın prezident seçkilərinin qalibi olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az