Peterburqda növbəti həyəcan: Binada partlayıcı qurğu tapıldı

Peterburqda növbəti həyəcan: Binada partlayıcı qurğu tapıldı
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış evlərinin birində partlayıcı qurğu tapılıb

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Nevskiy rayonunda tapılan partlayıcı qurğu zərərləşdirilib.
Partlayıcı qurğunu zərərləşdirmək üçün yaxınlıqdakı yaşayış binasının sakinləri təxliyə edilib. Onlar uşaq bağçaların birinin idman zalına yerləşdirilib.
Şübhəli əşyanı mənzillərin birində Federal Təhlükəlilik Xidmətinin əməkdaşları aşkar edib. Binadan əlləri qandallanaraq üç nəfərin çıxarıldığı bildirilir.
Nevskiy rayon administrasiyasının rəhbəri Konstantin Serovun sözlərinə görə, artıq sakinlər mənzillərinə qayıda bilər.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər xəstəxanalara yerləşdirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az