Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, PKK terror təşkilatı bu gün öz internet saytında Azərbaycanın əsas ixrac qaz kəməri olan Bakı-Tiflis-Ərzurum kəmərinin Türkiyədən keçən hissəsində ötən həftə törətdiyi partlayışın videokadrlarını yayıb.
PKK-nın kəmərdə son bir ayda törətdiyi ikinci partlayış idi. Terror təşkilatı ilə Türkiyə arasında atəşkəs razılaşmasının pozulmasının ardınca PKK avqustun əvvəlində Bakı-Tiflis-Ərzurum kəmərində ilk partlayış törədib.
Ötən həftə isə kəmər yenidən partladılıb. Həmin vaxt BP "Şahdəniz” yatağında işləri profilaktik tədbirlər üçün müvvəqəti dayandırdıqdan sonra qaz hasilatını yenicə bərpa etmişdi və bu səbəbdən partlayış kəmərin işinə ciddi təsir göstərməyib.
Ancaq PKK tərəfindən yayılan kadrlardan görünür ki, kürd terrorçuları partlayışın baş verəcəyi nöqtəni əvvəlcədən videokameranın hədəfinə alırlar və partlayış anı kadrlarda əks olunur. Güclü partlayışdan bir neçə saniyə sonra kəmərdə qaz alışır və güclü alovlar havaya qalxır. Təxminən 10 dəqiqləlik videoda kəmərdə partlayışın nəticəsi olaraq təbii qazın necə yandığı əks olunur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL