Poroşenko Rusiya ilə dostluq barədə sazişi ləğv etdi

Poroşenko Rusiya ilə dostluq barədə sazişi ləğv etdi
Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq barədə sazişin dayandırılması ilə bağlı sərəncam imzalayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna prezident administrasiyasının saytında məlumat yerləşdirilib. 
Sərəncamla 1997-ci il mayın 31-də imzalanmış Ukrayna və Rusiya arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq haqqında saziş ləğv edilir. 
Sentyabrın 30-dək Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı Moskvaya nota təqdim edəcək, prezident isə qanun layihəsini parlamentə göndərəcək. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az