Prezident İranla əlaqələrdən danışdı

Prezident İranla əlaqələrdən danışdı

Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır və regional əməkdaşlığın yaradılması üçün hazırda "3+3" çox ümidverici əməkdaşlıq platforması yaradılmışdır.

Miq.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

"Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntənzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, - dövlət başçısı vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az